Vilayət Eyvazovdan Xocalıya yeni təyinat

16 Noyabr 2020 15:03 (UTC+04:00)

Daxili İşlər orqanlarında dəyişiklik olub.

Mövqe.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Nemət Məmmədov DYPB-nin rəisi təyin olunub.

Qeyd edək ki, DYPB-nin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə çıxıb.