Müxalifət Paşinyanla görüşdən imtina etdi

16 Noyabr 2020 15:28 (UTC+04:00)

Nikol Paşinyan parlamentdəki müxalifət partiyaları ilə görüş təklif edib.

Axar.az xəbər verir ki, bu məlumatı Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zöhrabyan yayıb. O, Paşinyanla yalnız onun istefası məsələsinin müzakirəsi üçün görüşə biləcəklərini deyib.

İşıqlı Ermənistan Partiyası da görüş ehtimalı ilə bağlı mövqeyini açıqlayıb. Bu partiya da Paşinyanla görüşdən imtina edib.