Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - Azərişıq

16 Noyabr 2020 16:06 (UTC+04:00)

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.

Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.

“Azərişıq”dan Mövqe.az-a bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.