Viktoriya Bekhemi belə vəziyyətdə görən olmayıb

3 Aprel 2012 20:03 (UTC+04:00)
Dünyanın ideal bədəninin simvolu sayılan Viktoriya Bekhem indi də "Harper "s Bazaar" jurnalı üçün xüsusi pozalarda şəkil çəkdirib. Belə ki, 1950-ci illərin tərzində çimərlik geyimləri ilə obyektiv qarşısına keçən V.Bekhem, 34 ölçüdə paltar geyinib. O, özünün standart bir bədən quruluşuna sahib olduğunu iddia edib.

O, qızına hamiləykən vəziyyətin dəyişdiyini də söyləyib: "Amma o dövrdə bu paltarları geyinə bilmədiyim üçün kədərlənməyi bir kənara atdım".

Qeyd edək ki, V.Bekhemin çəkilişdə geydiyi çimərlik geyimləri bir vaxtlar Elizabet Teylor və Merlin Monro da geyinirdi.