Xalqın istədiyi qərarı qəbul edəcəyəm - Paşinyan

16 Noyabr 2020 17:05 (UTC+04:00)

“Bir qarış torpaq belə verməyəcəyik” deyən insanlar 30 il ərzində bu torpağı qorumaq və abadlaşdırmaq üçün heç nə etməyiblər. Bu vaxt ərzində Qarabağ bölgəsində, eləcə də Şuşada yalnız evlər var idi, vergini ödəyə biləcək heç bir müəssisə tikilməyib.

Mövqe.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni deputatların suallarına cavab verərkən deyib.

Paşinyan keçmiş hökuməti suçlayaraq, özünün də günahkar olduğunu etiraf edib:

“Son 30 ildə nəyin baş verməsindən asılı olmayaraq, ilk növbədə, mən cavab verəcəyəm və xalqın istədiyi qərarı qəbul edəcəyəm. Ancaq öz suallarıma da cavab eşitmək istəyirəm”.