Ermənistan ordusunda da həbslər başladı

16 Noyabr 2020 19:06 (UTC+04:00)

Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistanda açılan cinayət işlər çərçivəsində saxlananlar arasında hərbçilər də var.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Müdafiə Nazirliyinin Əsri və itkin düşənlərlə iş komitəsinin sədri Vitali Voskanyan deyib.

O bildirib ki, hərbi qulluqçularının əsassız ölümünə yol açmış hər bir şəxs cəzalandırılacaq. Hələlik həbs olunanların sayı açıqlanmır.

Saxlananlar arasında cəbhə bölgəsində yerləşən hərbi hissələrin yüksək rütbəli məmurlarının da olduğu deyilir.