Atəşkəsə nəzarətlə bağlı Türkiyə-Rusiya müzakirələri davam edir – Hulusi Akar

17 Noyabr 2020 17:20 (UTC+04:00)

Hazırda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı görüşlər davam etdirilir.

Mövqe.az-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri hazırda texniki məsələləri müzakirə edir və qarşılıqlı səylər davam etdirilir.