Bakıda mənzildən kişi meyiti tapılıb

17 Noyabr 2020 20:44 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Mehdiyev Soltanəhməd Elxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.