Aysel Teymurzadə nişanlanıb

16 May 2012 12:05 (UTC+04:00)


"Eurovision-2009" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Aysel Teymurzadə nişanlanıb. Movqe.Az xəbər portalı məlumatına görə, bu barədə dünən "Azad Azərbaycan" televiziyasında yayımlanan "Onlar" verilişində açıqlanıb.

Verilişdə qeyd olunub ki, A.Teymurzadə nişanlanmasını mətbuatdan gizli saxlayır. Verilişdə bu xəbərin eksklüziv olduğu da bildirrildi.

Bundan başqa verilişdə, Azərbaycan şou-biznesinin bəzi ulduzlarının 2011-ci ildə subaylığın daşını atmaq fikirində olduqları da qeyd olunub. Belə ki, gənc müğənni Xəyyam Nisanov bu il ad gününü son dəfə subay qeyd etdiyini etiraf edib.

Həmçinin meyxanaçı Namiq Qaraçuxurlunun sözlərinə görə, artıq özünə qız tapıb və bəzi işlər qaydasına düşən kimi evlənməsini, o cümlədən, tanınmış teleaparıcı Kamilə Babayevanın nişanlanması və bu ilin sonunda ailə qurmağa hazırlaşması bildirildi.

Tanınmış teleaparıcılar Zaur Baxşəliyev ilə Günay Qələndərlisə münasibətlərini bu ilin sentyabrında rəsmiləşdirəcəkləri məlum olub.

Fuad Mədətov

Movqe.Az