Türkiyədə güclü zəlzələ olub

18 Noyabr 2020 09:29 (UTC+04:00)

Türkiyənin mərkəzində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Uğurludağ şəhərindən 11 kilometr aralıda, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.