Erməni generalları Ordumuzu görüb, İrəvana qaçıblar

18 Noyabr 2020 10:55 (UTC+04:00)

Erməni əsgərləri yaxınlaşmaqda olan Azərbaycan qoşunlarını görən kimi səngərlərini tərk edərək mövqelərindən qaçdılar. Bunlar Araik Arutyunyanın (keçmiş “dqr”in separatçı-terrorçu rəhbəri - red.) adamları idi.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Arutyunyanın şəxsi mühafizəçilərindən bir neçə nəfər cəbhə bölgəsinə getməkdən ümumiyyətlə imtina edib. Arutyunyanın “general” rütbəsi verdiyi “baş prokurorun iki müavini” isə qızğın döyüşlər dövründə işğal altında saxlanılan Azərbaycan ərazisini tərk etdilər.

Bir sözlə, “artsax”ın “qəhrəmanlıq döyüşçüləri” quyruqlarını qısıb, Ermənistana qaçıblar.