Erməni deputatlar qorxularından nömrə dəyişir – Hraparak

18 Noyabr 2020 12:12 (UTC+04:00)

Ermənistanın hakim Mənim Addımım fraksiyasının bəzi nümayəndələri öz təhlükəsizliyindən ciddi narahatdır.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, müharibənin nəticələri və Ermənistan hakimiyyətinin fəaliyyətindən ictimai narazılığın artması fonunda iqtidar fraksiyasının deputatları mühakimə olunmaqdan qorxur. Bəzi deputatlar qorxularından öz xidməti avtomobillərindən imtina edərək, tanınmayan dövlət nömrə nişanlı avtomobillərə keçiblər.

Materialda qeyd olunur ki, hakim partiyanın ayrı-ayrı nümayəndələri Baş nazir Nikol Paşinyana müraciət edərək, şəxsi mühafizənin təmin olunmasını da xahiş ediblər. İstisna deyil ki, yaxın zamanlarda hökumət xüsusi qərar qəbul edəcək və ona uyğun olaraq onları şəxsi mühafizə ilə təmin edəcək.