Gürcüstanda son sutkada 3 500-ə yaxın yoluxma qeydə alınıb

18 Noyabr 2020 13:40 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində 3 443 nəfər koronavirusa yoluxub.

Mövqe.az-ın məlumatına görə, bu günədək ölkədə virusa yoluxanların sayı 89 935 nəfər çatıb.

Ötən gün, həmçinin 37 nəfər vəfat edib. Ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 815 nəfərə çatıb.

17 112 nəfərin müalicəsi davam edir.