Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

18 Noyabr 2020 14:40 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.