Ermənistanın atdığı ağ fosforlu mərmi zərərsizləşdirildi

18 Noyabr 2020 15:43 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.

““Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - o əlavə edib.