Daha yeddi kənd Azərbaycanın nəzarətinə qayıdır – Təcili

18 Noyabr 2020 16:15 (UTC+04:00)

Keçmiş Ağdərə rayonunun daha yeddi kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Mövqe.az xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, "Nor Ayqestan", "Nor Seysulan", Papravənd, "Nor Aykacur", "Ovtaşen" və "Nor Craberd"dir.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Erməni tərəfi bu kəndlərin yeni bölgüyə əsasən, Ağdərə yox, Ağdam rayonunun ərazisində yerləşdiyini rəsmən bəyan edib.

Qeyd edək ki, kəndlərin adı dəyişdirilmiş və eybəcərləşdirilmiş şəkildə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.