Dünya iqtisadiyyatında böhran son həddə: Rekord borc

19 Noyabr 2020 09:30 (UTC+04:00)

Qlobal borc səviyyəsi rekord həddə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu tərəfindən yayılan hesabatda bildirilib.

Hesabata əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində borcun həcmi 15 trilyon dollar artaraq 272 trilyon dolları ötüb.

Koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərər nəticəsində bu ilin sonuna kimi dövlət və korporativ şirkətlərin borcları daha 5 trilyon artaraq 277 trilyon olacaq.