Rusiyada 4 nəfər yanaraq ölüb

19 Noyabr 2020 09:44 (UTC+04:00)

Rusiyada ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Mövqe.az “TASS”a istinadən xəbər verir.

Hadisə Xakasiya respublikasının Altay bölgəsində qeydə alınıb. Belə ki, özəl müəssisənin ərazisində baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik avadanlıqlarının istifadəsindəki pozuntular olub. Hazırda faktla bağlı araşdırma aparılır.