Ölkəmizdə koronadan ölüm səviyyəsi... - Baş infeksionist

19 Noyabr 2020 10:26 (UTC+04:00)

Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə yoluxma göstəricisi daha aşağıdır:

"Təbii ki, bu, müsbət haldır. Bu, dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir".

Qeyd edək ki, Azərbaycanda indiyədək COVİD-19 virusundan 1030 nəfər ölüb.