Maskadan istifadə məcburi olacaq

19 Noyabr 2020 14:06 (UTC+04:00)

Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.