Ordumuzun şəxsi heyətində yoluxma halları... – PA rəsmisi

19 Noyabr 2020 14:24 (UTC+04:00)

Çox müsbət haldır ki, tibb sisteminin professionallığı sahəsində Silahlı Qüvvələrin şəxsi heyətində yoluxma halları baş verməmişdir.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, silahlı qüvvələrin şəxsi heyətininin tərkibinə daxil edilən hər kəs testdən keçirilir:

“Tibbi personalın yükünün qarşısını almaq üçün məsuliyyət göstərməyimiz vacibdir. Yaralı əsgərlərimizin koronavirusa yoluxmasını qarşısını almaq da tibb sisteminin məsuliyyətidir”.

H.Hacıyev bildirib ki, son günlərdə özünü müalicə hallarının sayı artıb:

“Son məqamda xəstəxanaya müraciət edirlər ki, bu da çətinliklər yaradır. Təkcə Azərbaycansa deyil, dünyada proses baş verməkdədir. Vaksinin alınması istiqamətində işlər həyata keçirilməkdədir. Beynəlxalq müstəvidə BMT-nin koronavirusa qarşıs xüsusi sessiyanın həyata keçirilməsi üçün müşavirə keçirilib. Sessiyanın ümumi müzakirələr çərçivəsində seqmentinin 3-4 dekabrda keçirilməsi gözlənilir”.