İgidlər oylağı Qarabağ

19 Noyabr 2020 21:21 (UTC+04:00)

Azərbaycan ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində vətənimiz yenidən bütöv Azərbaycan halına gəldi.Yenidən müstəqilliyimiz bərpa olundu.Azərbaycan öz tarixi savaşında qələbə qazandı, itirilmiş əraziləri, bizə məxsus olan torpaqlarımız düşmən işğalından azad olundu. Bu gözəl şərəfli günləri görmək xalqımıza nəsib oldu. Artıq 27 ilə yaxındır ki, bu zəfər xəbərini gözləyirdi xalqımız. Hər zaman ümid etdik danışıqlar yolu ilə həll olunmasına, lakin mümkün olmadığını gördük, bir fayda vermədiyinin şahidi olduq.Və müharibə yolu ilə öz haqlı davamızda zəfər çaldıq. Nəhayət ki illər sonra Qarabağımızın təbiətini görəcək, o cənnət guşələri yaxından seyr edib, saf havasını duyacağıq.Vətənimizdən ayrı düşmüş Qarabağı daima ziyarət edəcəyik.Və elindən, obasından itkin düşmüş insanlarımız o ellərinə obalarına geri dönəcəklər. Bütün bu sevinci bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk. Bir dövləti dövlət edən onun layiqli dövlət başçısının və şanlı ordusunun olmasıdır.Və Allah bizim xalqımıza bunun hər ikisini nəsib etmişdir. Daima dövlət başçımızla, ordumuzla fəxr etmişik və hər zaman edəcəyikdə. Bunun nəticəsidir ki, ölkəmiz daima hər an uca zirvələrə qalxır, adını qızıl hərflərlə tarixin şanlı səhifələrinə yazdırır.Və hər zaman yazdırmağa da davam edəcəkdir. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan!Qarabağ Azərbaycandır!

 

Məmmədov Mehnur 

Nəsimi rayon gənci