Qarabağa həyat qayıdacaqdır

19 Noyabr 2020 22:53 (UTC+04:00)

 Şuşa yolunun açılışı çox əlamətdar bir hadisədir. Fizuli- Şuşa avtomobil yolunun təməl qoyma mərasimi Qarabağa həyatın qaytarılması deməkdir . Qələbədən 8 gün sonra artıq Alxanlı qəsəbəsindən Fizuli – Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuğun ilk layihəsidir.

     Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 44 gün ərzində müxtəlif mənbələrdən təzyiqlərə rəğmən Azərbaycan zəfər çaldı .

Ali Baş Komandan cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Fizuli və Cəbrayıl rayonlarına səfərləri çox qürurvericidir. Bu xalqımızın gələcək xoş günlərə olan inamını daha da artırır.

     Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlətin dəstəyi ilə öz dədə - baba yurdlarına qayıdacaqdır. Bütün dünya erməni vandalizminin şahidi oldu. Mənfur düşmən evləri, məktəbləri dağıdır , meşələrə od vurub yandırır, bütün beynəlxaql kanallar bunları görür. Dağıdılmış Fizuli şəhəri buna canlı şahiddir. Hətda burada qalib Azərbaycan bayrağını sancmağa belə dirək tapılmadı . Amma Azərbaycan xalqı əmindir ki, dövlətimizin bütün bunların öhdəsindən gələcəkdir. Qarabağımızın gözəllikləri bərpa olunacaq , düşmən ölkə isə törətdiyi vandalizmə görə cavab verəcəkdir.

 

Nəsimi rayon təhsil işçisi

Fərzəliyeva Rəsmiyyə