Çavuşoğlu Dominik Raabla Qarabağı müzakirə etdi

19 Noyabr 2020 20:36 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Britaniya XİN başçısı Dominik Raab arasında telefon danışığı baş tutub.

Mövqe.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Kipr, Liviya və Dağlıq Qarabağla bağlı müzakirələr aparıb.