Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - MN

20 Noyabr 2020 08:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.