Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

20 Noyabr 2020 09:29 (UTC+04:00)
Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq. Goal.az-ın məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq. 73 kq 1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq) 1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus) 81 kq 1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya) Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.