Əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır - Türkiyə Milli Müdafiə Nazirliyi

20 Noyabr 2020 11:03 (UTC+04:00)
Əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır. Bunu Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər. Məlumatda Azərbaycan qoşunlarının Ağdam rayonuna daxil olduğu vurğulanıb: "Biz bu münasibətlə qardaş Azərbaycan xalqını təbrik edirik. Qarabağ Azərbaycandır, bütün dünya bunu qəbul edir və bilir ki, bu torpaqlar əzəli Azərbaycan ərazisidir".