Manaf Ağayev və həyat yoldaşı koronavirusa yoluxdu

20 Noyabr 2020 11:11 (UTC+04:00)
Müğənni Manaf Ağayev və həyat yoldaşı koronavirusa yoluxub. Unikal.org-un əldə etdiyi məlumata görə, müğənni və həyat yoldaşı Fərqanə Ağayevada COVİD-19 aşkarlanıb. Onların hər ikisi Yeni Klinikaya yerləşdirilib. M.Ağayev açıqlamasında faktı təsdiqləyib: "Təcili Tibbi Yardım stansiyasının əməkdaşları bizi Yeni Klinikaya yerləşdirdilər. Hazırda mənim və həyat yoldaşımın vəziyyəti normaldır. Bir neçə gün sonra evə buraxılacağıq."