Deputatlar Prezident İlham Əliyevin “Xilaskar” ordeni ilə təltif olunmasını təklif ediblər

20 Noyabr 2020 14:00 (UTC+04:00)
Təklif edirəm ki, cənab Prezidentə "Xilaskar" ordeni verilsin. Trend-in məlumatına görə, bunu parlamentin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı bildirib. O Azərbaycanın qələbəsinin təmin olunmasında mütəsna rolu olan Prezident, Ali Baş Komandan İlham Əliyevin təltif olunmasını təklif edib: "Məncə, bu, ədalətli olardı ki, xüsusi olaraq bir nüsxədə "Xilaskar" ordeni təsis edilsin və cənab Prezident bu ordenlə təltif olunsun". Deputat Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib.