Şuşada Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri arasında görüş olub

20 Noyabr 2020 15:10 (UTC+04:00)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib. Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.