Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb

20 Noyabr 2020 15:40 (UTC+04:00)
Bu gün Prezident İlham Əliyevin xalqa müraciəti Milli Məclisin plenar iclasında da yayımlanıb. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə plenar iclas dayandırılıb və Prezident İlham Əliyevin xalqa müraciəti iclas zalında yayımlanıb. Milli Məclisin iclasında işirak edən deputatlar və iclası işıqlandıran mətbuat nümayəndələri Prezidentin xalqa müraciətini canlı izləmək imkanı əldə ediblər. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata əsasən işğaldan azad olunması münasibətilə xalqa müraciət edib.