Ali məktəblərdə boş qalan yerlərə 10 495 nəfər sənəd verib

23 Avqust 2013 13:36 (UTC+04:00)

"Ali məktəblərin boş qalan yerlərinə 21 400 nəfərin sənəd verəcəyini gözləyirdik".

Bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, göstərilən sayda abituriyentin sənəd vermək imkanı olub: "Amma cəmi 10 495 nəfər sənəd verib. Bu, normal rəqəmdir. Bu gün günün axırında biz nəticələri elan edəcəyik. Hazırda ərizələrin yoxlanması gedir".