FIFA federasiya prezidentini futboldan ömürlük kənarlaşdırdı

20 Noyabr 2020 18:25 (UTC+04:00)
FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb. Goal.az-ın məlumatına görə, məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib. Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub. Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib. Qərar noyabrın 18-dən qüvvəyə minib.