Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil - DİN

20 Noyabr 2020 20:09 (UTC+04:00)
Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 21 noyabr saat 00-dan etibarən açıq havada da tibbi maskadan istifadə məcburi olacaq.