Ucarda minik avtomobili yanıb

21 Noyabr 2020 10:26 (UTC+04:00)

Ucar rayonunun Müsüslü kəndində "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.