Düşmənin ələ keçirilən texnikaları Bakıya gətirilir

21 Noyabr 2020 12:43 (UTC+04:00)

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilir.

Mövqe.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Yaxın günlərdə həmin texnikaların Azadlıq meydanında nümayiş etdiriləcəyi bildirilir.