Fransa yenidən qarışdı: Polislə qarşıdurma...

21 Noyabr 2020 22:49 (UTC+04:00)

Fransada etiraz aksiyası yenidən başlayıb.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları parlamentə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı çıxıb.

Trokadero meydanında tonqal yandıran etirazçılar polisə fişəng və butulka atıb. Bu zaman qarşıdurma yaşanıb və polis etirazçı kütləyə qarşı su şırnaqlarından istifadə edib.

Bildirilir ki, bənzər aksiyalar ölkənin digər şəhərlərində də baş verib.