120-dən artıq diplomat Füzuliyə getdi

22 Noyabr 2020 12:15 (UTC+04:00)

Ali Baş Komandanın, prezidentin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.

Mövqe.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdə səhifəsində yazıb.