Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

22 Noyabr 2020 15:17 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 196 yeni yoluxma faktı qeydə alınıb, 1 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mövqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.