Playstation 4-ün çıxış tarixi açıqlandı

23 Avqust 2013 15:31 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Sony, maraqla gözlənilən tarixi açıqlayıb. Oyun konsolu PlayStationu yeni versiyasıyla PS4 qış aylarında bazara çıxır. Şirkətdən edilən şərhə görə PS4-ün ABŞ-dakı çıxış tarixi 15 Noyabr 2013-cü ildə olacaq. Avropalılar isə PS4-ü 29 Noyabrdan etibarən marketlərdə görə biləcəklər. Əvvəl də açıqlandığı kimi oyun konsolunun qiyməti ABŞ və İngiltərədə isə 399 dollar olacaq. SCE şirkətinə görə PS4 üçün bu günə qədər təxminən 1 milyon ədəd sifariş verilib.