Düşmənin tərk etdiyi döyüş postları - Video

22 Noyabr 2020 19:55 (UTC+04:00)

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar.

Mövqe.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun düşmənin təxribatına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş texnikalarını, silah-sursatlarını və hətta bəzi şəxsi əşyalarını da burada qoyaraq, döyüş postlarından qaçıblar.