Bakıda ikimərtəbəli evdə yanğın olub

23 Noyabr 2020 09:34 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.