Bu müsəlman ölkəsində evlər su altında qaldı

23 Noyabr 2020 10:50 (UTC+04:00)

İndoneziyanın Sumatra əyalətinin Langkat bölgəsində yağan güclü yağışlar 11 yerdə daşqına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “İNyus saytı yazıb.

Sel zamanı müxtəlif yerlərdə suyun səviyyəsi 1 metrə qədər qalxıb. Bölgə boyu 1078 evi su basıb.

Davam edən yağış səbəbi ilə daşqınlarla bağlı xalqa xəbərdarlıq edilib.