Qarabağa qayıdan ermənilərin sayı – Son rəqəm

23 Noyabr 2020 10:58 (UTC+04:00)

Ermənistandan Qarabağa qayıdan ermənilərin sayı 9000-ə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin “Qırmızı Ulduz” qəzeti yayıb. Qəzet gündəlik olaraq, İrəvandan Xankəndiyə yola düşən avtobusların sayının 30-a çatdığını bildirib.

Qeyd edək ki, separatçı-terrorçu Araik Arutyunyan bu rəqəmin 25 min olduğunu bildirmişdi.