Bu ərazilərə qar yağır

23 Noyabr 2020 11:07 (UTC+04:00)

Noyabrın 23-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qar və sulu qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Mövqe.az-a verilən məlumata görə, ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndində qeydə alınıb - mənfi 6 dərəcə. Qırızdəhnə kəndində isə yağan qarın hündürlüyü 1 santimetrdir.