"Qarabağda atəşkəs razılaşmasını alqışlayıram" - Avropa Şurasının baş katibi

23 Noyabr 2020 15:38 (UTC+04:00)

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.

Bu barədə Mövqe.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.