KOBİA-nın səlahiyyəti artırılıb

23 Noyabr 2020 15:53 (UTC+04:00)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vəzifələri artırılıb.

Mövqe.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən, normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək də agentliyin vəzifələri sırasına əlavə edilib.