İtkin əsgərlərinin yaxınları Tonoyanı tələb edirlər

23 Noyabr 2020 16:35 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşən əsgərlərin qohumlarının aksiyası keçirilir.

Mövqe.az xəbər verir ki, etirazçılar keçmiş müdafiə naziri David Tonoyanın onların qarşısına çıxmasını və suallarına cavab verməsini istəyirlər. Aksiya iştirakçıları xüsusilə itən əsgərlər barədə onlara daha geniş məlumat verilməsini tələb edirlər.