Avstraliyada 9 əsgər buna görə intihar etdi

23 Noyabr 2020 17:07 (UTC+04:00)

Avstraliyalı əsgərlərin Əfqanıstanda törətdikləri müharibə cinayətlərinə dair məlumatın yayılması fonunda son üç həftə ərzində 9 avstraliyalı əsgər intihar edib.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Deyli Meyl” agentliyi məlumat yayıb.

Qeyd edək ki, avstraliyalı əsgərlərin Əfqanıstanda törətdikləri hərbi cinayət barədə hesabat ötən həftə yayımlanıb. Sənəddə Avstraliya xüsusi təyinatlılar tərəfindən 2005-2016-cı illərdə Əfqanıstanda törədilmiş 39 qətlə dair sübutlar yer alıb. Qurbanların arasında həm yerli əsgərlər, həm də mülki şəxslər var.