Yüksək rütbəli hərbçimiz Şəhid oldu

23 Noyabr 2020 18:43 (UTC+04:00)

Talış yüksəkliyinə Azərbaycan bayrağını sancan Azərbaycan Ordusunun polkovniki Babək Mətləb oğlu Səmidli bu gün minaya düşərək şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.

Allah rəhmət eləsin!